AZ

“Qalatasaray”ın sabiq basketbolçusu Azərbaycan klubuna keçib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 22 avqust, AZƏRTAC

“Abşeron Lions” komandası növbəti basketbolçunun keçidini həll edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan millisinin də şərəfini qorumuş Saadettin Donat heyətə cəlb olunub.

Ötən mövsümü “Sumqayıt” klubunda keçirən Donat 11.5 ribaund ortalaması ilə çıxış edib.

Azərbaycana gəlməzdən əvvəl isə o, Türkiyənin tanınmış klublarında – "Qalatasaray", "Türk Telekom", "TED Ankara Koleji", "Çağdaş Bodrumspor" və "Sığortam Net"də oynayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
102
2
azertag.az

3Mənbələr