AZ

DİN: Ötən gün 99 kiloqrama yaxın narkotik vasitə götürülüb

Bakı, 22 avqust, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 21-də ümumi çəkisi 98,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,4 tondan artıq çəkidə 5 min 355 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

 

Seçilən
23
15
azertag.az

10Mənbələr