AZ

Xarici ölkədə Azərbaycan dili müəllimi axtarılır

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qırğız Respublikasında Azərbaycan dili müəllimi vakansiyası üzrə müsabiqə elan edilir.

Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğız Respublikasında tanıdılması və azərbaycançılıq ruhunun aşılanması məqsədilə Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dili fənnini tədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunur.

Namizəd üçün tələb olunan meyarlar:

- müvafiq ixtisas üzrə ali pedaqoji təhsil;

- MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj;

- multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyət bacarıqları;

- xarici dil bilikləri (rus və ya qırğız dili).

Tələb olunan sənədlər:

- şəxsiyyət vəsiqəsinin surəti;

- ali təhsil haqqında diplomun surəti;

- tərcümeyi-hal (CV);

- əmək kitabçasının surəti (əgər varsa);

- tövsiyə məktubu (əgər varsa);

- motivasiya məktubu (müsabiqədə iştirak məqsədini izah edən).

Müsabiqə üzrə mərhələlər:

- I mərhələ - müraciətlərin qəbulu və sənədlərin yoxlanılması;

- II mərhələ - pedaqoji fəaliyyətin qiymətləndirilməsi (müsahibə və ya dərs təqdimatı);

- ⁠III mərhələ - Müsabiqə komissiyası tərəfindən yekun qərarın verilməsi.

Əmək müqaviləsinin müddəti:

- 1 (bir) tədris ili.

Müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclər isə Azərbaycan Respublikası tərəfindən qarşılanacaq.

Son qeydiyyat tarixi avqustun 28-i saat 21:00-dır. Müraciət üçün ünvan - [email protected].

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
17
oxu.az

10Mənbələr