AZ

Nazir: Azərbaycan Türkmənistan Özbəkistan formatı əlaqələrdə yeni səhifələr aça bilər

Apa.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan-Türkmənistan- Özbəkistan formatı bütün sahələrdə əlaqələrin dərinləşməsi üçün yeni səhifələr aça bilər.

APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərinə görə, bunu Avazada jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

İqtisadiyyat naziri qeyd edib ki, dövlət başçılarının göstərişlərinə əsasən, həmkarları ilə birlikdə ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrini dərinləşdirmək və genişləndirmək əzmindədirlər: “Əminəm ki, bugünkü üçtərəfli iclasda birgə bəyanatlar qəbul ediləcək. Artıq müəyyən işçi qərarları, işçi formatları var. Ona görə də əminik ki, bu təşəbbüs dövlətlərimizin iqtisadiyyatlarını, nəqliyyat və enerji sahələrində əlaqələrini qarşılıqlı əlaqələrini daha da yaxınlaşdıracaq”.

Mikayıl Cabbarov deyib ki, humanitar sahədə də böyük potensial var və dövlət başçılarının bu yöndə bu gün verəcəkləri göstərişlər həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
apa.az

3Mənbələr