AZ

Şahin Babayevə eyni anda iki yüksək vəzifə VERİLDİ

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli iki qurumun Müşahidə Şurasına üzv təyin ediliblər.

Bizim.Media xəbər verir ki, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin və "Azərbaycan Dəmir Yolları" QSC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
 

MÖVZU İLƏ BAĞLI:

AZCON-un icraçı direktoru təyin olunan Şahin Babayev KİMDİR? – DOSYE


Dəyişikliklərə əsasən, Şahin Babayev, Vüqar Mirzəzadə və Taylan Tekeli hər iki qurumda Müşahidə Şurasına üzv təyin olunublar.

Qeyd edək ki, hər iki qurumun Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Bizim.Media

Seçilən
50
bizim.media

1Mənbələr