Azərbaycan basketbol yığmasının üzvü Saadettin Donatın yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı basketbolçu yeni mövsümdən etibarən "Abşeron Lions" üçün çıxış edəcək. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

S. Donat bir dönəm "Qalatasaray"ın da formasını geyinib. O, son olaraq "Sumqayıt"da oynayıb.