AZ

"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Müşahidə Şurasında dəyişiklik edilib.

Missiya.Az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq ADY-dən bildirilib ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) icraçı direktoru Şahin Babayev, onun müavini Vüqar Mirzəzadə, eləcə də "AZCON Holding"in baş maliyyə inzibatçısı Taylan Tekeli Şuranın üzvləri təyin olunub.

İndiyə qədər Şuranın üzvləri Azərbaycanm İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəis müavini Cəfər Babayev idi.

Şuranın sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev olmaqla qalıb.

Seçilən
55
12
missiya.az

10Mənbələr