AZ

Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemi təkmilləşdirilir

Bakı.Trend:

Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılmasısisteminin təkmilləşdirilməsi istiqamətində kompleks hidroloji vəhidrogeoloji tədqiqat işlərinə başlanılıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Dövlər Su Ehtiyatları Agentliyiməlumat yayıb.

Bildirilib ki, hidroloji məlumat bazasının yaradılması üzrəilkin müəyyənləşdirmə işləri aparılıb:

"Bazada çaylar, göllər və su anbarları üzrə məlumatların daxiledilməsi və saxlanılması nəzərdə tutulub. Hidroloji məlumatlarMilli Hidrometeorologiya Xidmətinin istifadəsində olan və hazırdaİstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinətəhvil-təslim prosesində olan məlumat bazasında toplanılıb.

Hidroloji illik məlumatların elektron formatları həmin bazadanixrac olunaraq təhlil üçün hazırlanma prosesindədir. Məlumat bazasıportal üzərindən formalaşdırılıb. Növbəti mərhələlərdə bu platformaADSEA-nın mövcud və qurulması nəzərdə tutulan CİS əsaslı proqramtəminatlarına inteqrasiya ediləcək. Kompleks hidrolojitədqiqatların aparılmasının təmin edilməsi üçün hidrolojirejim-müşahidə şəbəkəsi üzrə əvvəlki materialların təhlili əsasındatəkliflər hazırlanıb".

Qeyd olunub ki, yeraltı, yerüstü su obyektlərininehtiyatlarının, kəhrizlərin yenidən qiymətləndirilməsiistiqamətində Dövlət Geoloji İnformasiya Fondundan əldə olunmuşfond materialları əsasında təhlillər aparılaraq layihə-smetasənədləri tərtib edilib:

"Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il10 oktyabr tarixli sərəncamına uyğun olaraq İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi “Su ehtiyatlarından səmərəliistifadəyə dair Milli Strategiya”nın 2024-cü ilin 4-cü rübü dədaxil olmaqla 2025-ci ilin 1-ci və 2-ci rübü üzrə icra vəziyyətininmonitorinqi barədə arayış hazırlayıb. Arayışda Milli Strategiyanıntələblərinə uyğun olaraq görülən və görüləcək işlər barədə bütünistiqamətlər üzrə səhih məlumatlar əksini tapıb. Bu kimi arayışlarnövbəti rüblər üzrə də hazırlanaraq ictimaiyyətə təqdimediləcək".

Seçilən
21
35
az.trend.az

10Mənbələr