“İnter” mövsümün sonunda sabiq qapıçısı Andre Onananı heyətinə cəlb etməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, A seriyası təmsilçisi kamerunlu qolkiperin transferi üçün “Mançester Yunayted”lə danışıqlara başlamağa hazırdır. İngiltərə klubu Onananı satmağa razıdır və onun qiymətini 30 milyon funt-sterlinq olaraq müəyyənləşdirib.
Qeyd edək ki, 28 yaşlı qapıçı 2022–2023 mövsümündə “İnter”in heyətində uğurlu çıxış edib, daha sonra 50 milyon funt qarşılığında “Mançester Yunayted”ə transfer olunmuşdu.