AZ

Ərəblər boynumuzda niyə oturub? ARAŞDIRMA

Adelet.az saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək videogörüntü çəkib sosial şəbəkələrdə yayan 3 turist - Səudiyyə Ərəbistanı vətəndaşları barəsində cinayət işi başlanıldı, cəzalarını aldılar.

Avqustun 13-də Bakıya turist kimi gəlib və 5 gün qalmaq niyyətində olan bu bədəvilər çəkdikləri video ilə Azərbaycan xalqının müqəddəs atributlarından birinə - şəhidlərə qarşı hörmətsizlikləri , necə deyərlər kasanı dolduran son damla oldu.Heç kəsə sirr deyil ki, ərəblərin ayağı turist kimi Azərbaycana dəydiyi gündən Azərbaycan xalqı narazıçılğını gizlətmir. Soruşsanız ki, “Azərbaycana hər il 100 minlərlə turist gəldiyi halda niyə ərəblər bu qədər müzakirə mövzusu olur?” -ona da cavab verək.

Ərəblərin Azərbaycanda qeyri-adi sərgüzəştləri

İlk dəfə ərəblərin ən səsli-küylü ovu 2015-ci ilin mayında olub. Azərbaycana gələn 18 milyard varidatı olan Dubay Şahzadəsi şeyx Həmdan bin Məhəmməd bin Rəşid 15-ə yaxın dost-tanışı ilə helikopterlə Hacıqabula yollanıb. Media yazırdı ki, qonaqlar rayonunun Qarasu və Muğan kəndlərində bəzgək quşları ovlayıblar. Ovda xüsusi öyrədilmiş şahinlərdən də istifadə olunub. Ümumiyyətlə, ərəblərin şahin quşlarından istifadə etməklə ov etməsi yeni adət deyil. Şahzadə və ətrafının Qarasudakı ovu 2 saata yaxın davam edib.Sonra 2016-ci ilin sentyabrında - Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov zamanında qıcıq yaradan ov macərları ilə azərbaycanlıları qəzəbləndirmişdilər. O vaxt zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayıldı.Azərbaycanın rayonlarında ov edən şeyxlər nadir canlıları ovlamağı quş və heyvan cəsədlərini sıra ilə düzüb qürrələnməyi O nadir və tükənməkdə olan quşların və heyvanları heç vaxt cəsarəti çatmayan, çatarsa, yüksəm cərimə ilə cəzalandıran yerli əhalini haqlı olaraq qəzəbləndirdi . Qətər və Dubaydan olan varlı şeyxlər Azərbaycanın qoruq zonalarına qənim kəsilmişdi.Videolardan görünür ki, ərəblər Azərbaycan hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə Qətər və Dubaydan ölkəmizə axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıq idi.Aradan cəmi 2 ay keçməmiş növbəti ərəb paylaşımı sosial şəbəkələri silkələdi. 2016 -ci ilin noyabr ayında zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayıldı.O vaxt dövlət qurumları sussa da mediamız əhalini məlumatlandırdı: “Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər nadir canlıları ovlamaqla məşğul olurlar.

Dövlət Qoruqlarının qənimləriYüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrinə sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdiriblər”.Sosial şəbələrdə ərəblərin sərgüzştlərinə ciddi etirazlar olandan sonra ara bir müddətlik sakitləşdi. Yəni dekabr ayı sakit keçdi. Amma 2017-ci il yanvarın sonu, fevralın əvvəlində sosial şəbəkələrdə yenə ərəb turistlərin Azərbaycandakı sərgüzəştləri ilə bağlı bir xeyli foto və videolar yer aldı.Həmin vaxt Azərbaycanda dağlıq kəkliyi ovunun qiyməti 5 min avro idi və ərəblər bu quşu demək olar ki kütləvi qırmışdılar. Ciddi etirazlardan sonra Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov rəsmi açıqlama verdi ki, təkcə bu ov mövsümündə 16 ərəb turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib. Nazirliyin təqdimatı əsasında onlar ölkədən xaric edilib.Pandemiyaya görə, sonra isə müharibənin başlanması səbəbi ilə bir müddət ərəblər gözə görünmədi. Elə yenicə dərindən nəfəs alırdıq ki, 2021-ci martında İlisu Dövlət Təbiət Qoruğunun ərəblərin növbəti sərgüzəştinə şahid olduq. Yenə zənginlər, şeyxlər ovladıqları quşları heyvanları videoya çəkib social şəbəkələrdə paylaşmışdılarGörüntülərdə parçalanan quşun Qırmızı Kitaba düşmüş bəzgək olduğu deyilirdi. Ovlanan Qafqaz durnası da nadir hesab olunan quşlardan biri olduğu və onların təbiətdə sayı 200 cütdən az olduğu vurğulanırdı. Ovlar arasında Qırmızı Kitab növlərindən qaraqarın, bağrıqaranın və bəzgəyin olduğu iddia edilirdi. Bu o dövr idi ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sevinə-sevinə:" Azərbaycana gələn ərəb turistlərin sayı 8 dəfə artıb"-deyirdi. 

Ərəb özbaşnalığı, ərəb həyasızlığı davam edir

Bu biabırçılıq bitmir ki, bitmir. Bu ilin fevralında da Biləsuvar rayonu ərazisində qanunsuz ov edən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu müəyyən edilib. Yəni, saxlanılan ərəblərin hər birinə 2000 manat məbləğində cərimə tətbiq olunub. Cərimələr nəyi dəyişdirir ki? -deyib keçirəm.1500 ildir Quran nazil olmuş ərəblərə 1500 ildə müqəddəs Quranın bir bəndi belə çatmayıb. Bütün hərəkət və danışıqları ilə İslam dinindən qətiyyən xəbərləri olmadıqlarını təsdiqləyiblər. İslam dinin gözəlliklərindən, Quranın tapşırıqlarından faydanmayan ərəblərin ən adi hərəkətləri də iyrənclik doğurur. Məsələn, 2017-ci ildə Bakıya gələn və qeyri-adi hərəkətləri ilə gündəmdən düşməyən ərəb turistlərin videosu Bakı aeroportunda çəkilir.Belə ki, hava limanında ərəblər dondurma alıblar və həmin dondurmanın bir hissəsi yerə tökülüb.Buna baxmayaraq ərəblər qaşıq götürüb yerdə oturaraq həmin dondurmanı yeməyə başlayıblar.Elə həmin il başqa bir ərəb turistlər“Gənclik mall” ticrət mərkəzinə qoyunla girmək istəyiblər.Ərəblərin otellərdə və istirahət mərkəzlərində Azərbaycan qadınları ilə bağlı biabırçılıqlarından yazmıram, çünki qeyrətimə toxunur. Çünki ərəblər artıq bütün Azərbaycan qadınlarını otel otaqlarında onlarla min hoqqalardan çıxan qadınlar kimi bilir. Bu mövzu məni dərindən yaralayır. Ərəblər məhz bu səbəblərdən Azərbaycan insanına, müqəddəsinə, onun təbiətinə kefi istədiyi kimi yanaşır.Hətta Bakıda ağaclara qənim kəsilirlər. Qarşılarına çıxan ağacın üstünə, açarla, bıçaqla ərəb dilində ağacı cızaraq nəsə yazırlar. Hələ üstəlik telefonla şəklini də çəkirlər.

SON olaraq

Şəhidlərimizin məzarlığında ərəblərin etdiyi hörmətsizlik əbəs yerə deyildi. Beyni hələ də 7-ci əsrdəki ərəbin beyni ilə işləyən bu turistlər nə qədər cəzalansalar da, cərimə olunsalar da, üzr istəsələr də düzələsi, normal turist olası deyillər. Çünki, bu qədər həngamədən sonra yenə tərbiyə(sizlik)lərini nümayiş etdiriblər. Sfera.azın məlumatına görə, paytaxtın mərkəzində - İSR Plazanın arxasında, “Okean” marketin üstündə yerləşən ərazidə bir qrup ərəb əllərindəki su butulkalarını küçədə gəzən insanların üzərinə atdıqları videolarda öz əksini tapıb. Həmin an ətrafda olan vətəndaşlar vəziyyətə sərt reaksiya göstərsələr də, turistlər öz hərəkətlərini davam etdiriblər.

Ərəbin turist olaraq   5-6 gündə  Azərbaycanda xərclədiyi pul bəzi işbazlar üçün əsas meyar ola bilər, amma azərbaycanlılar üçün, Azərbaycan dövləti üçün daha önəmli , daha  dəyərli bilinən bir çox vacibiyyatlar əldən gedir, məhz olur. Diqqəti buna yönləndirmək daha mühüm məsələdir. Ya turistinizi nəzarətdə saxlayın, ya da pul qazanmaq tələbatınızı gödəldin! 

Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
adalet.az

2Mənbələr