AZ

Ermənistanda insanları mitinqdə iştiraka sövq edənlər həbs edildi

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda hüquq-mühafizə orqanları "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyana dəstək üçün keçirilən mitinqdə vətəndaşları iştiraka "məcbur etmə" və "maddi şirnikləndirmə" işi üzrə iki nəfəri həbs ediblər.

News24.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat verib.

İstintaqçılar iddia edirlər ki, bir qrup şəxs iyulun 4-də İrəvanda keçirilən mitinqdə insanların iştirakını təmin etmək məqsədilə "Ermənistanın müxtəlif bölgələrindən olan bir çox sakini maddi baxımdan şirnikləndirib".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
news24.az

5Mənbələr