AZ

Qırğızıstanda Azərbaycan dili dərsi keçiriləcək

Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğız Respublikasında tanıdılması və azərbaycançılıq ruhunun aşılanması məqsədilə Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dili fənnini tədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunur.

Kommersant.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

"Namizəd üçün tələb olunan meyarlar:

• müvafiq ixtisas üzrə ali pedaqoji təhsil;

• MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj;

• multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyət bacarıqları;

• xarici dil bilikləri (rus və ya qırğız dili).

Tələb olunan sənədlər:

• şəxsiyyət vəsiqəsinin surəti;

• ali təhsil haqqında diplomun surəti;

• tərcümeyi-hal (CV);

• əmək kitabçasının surəti (əgər varsa);

• tövsiyə məktubu (əgər varsa);

• motivasiya məktubu (müsabiqədə iştirak məqsədini izah edən).

Müsabiqə üzrə mərhələlər:

- I mərhələ - müraciətlərin qəbulu və sənədlərin yoxlanılması;

- II mərhələ - pedaqoji fəaliyyətin qiymətləndirilməsi (müsahibə və ya dərs təqdimatı);

- ⁠III mərhələ - Müsabiqə komissiyası tərəfindən yekun qərarın verilməsi.

Əmək müqaviləsinin müddəti:

• 1 (bir) tədris ili.

Müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclər isə Azərbaycan Respublikası tərəfindən qarşılanacaqdır.

Son qeydiyyat tarixi: 28 avqust 2025-ci il, 21:00

Müraciət ünvanı: [email protected]",- deyə məlumatda qeyd edilib.

Seçilən
5
15
kommersant.az

10Mənbələr