AZ

Premyer Liqa klubunda ciddi itki

“Tottenhem”in futbolçusu Deyan Kulusevski ciddi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalacaq.

İdmanxeber.az-ın məlumatına görə, İsveç millisinin üzvü ötən mövsümün son oyunlarını dizindəki problemə görə buraxmışdı. 

Həkimlərin son rəyinə görə, 24 yaşlı yarımmüdafiəçi 2026-cı ildən əvvəl oynaya bilməyəcək.

Qeyd edək ki, London klubunun digər oyunçusu Ceyms Meddison da yay hazırlıq toplanışında aldığı zədə səbəbindən yeni mövsümün böyük hissəsini buraxacaq.

 

Seçilən
1
idmanxeber.az

1Mənbələr