AZ

“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar

"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun bahalı avtomobilləri üzərinə həbs qoyulub. İcra məmuru iş adamının 482 000 ABŞ dolları borcunun olması ilə bağlı belə qərar qəbul edib.
 
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, İsfəndiyar Axundov icra məmurumun qərarı ilə razılaşmır.
 
Bu barədə açıqlama yayan Axundov hesab edir ki, həbs qoyulan 9 avtomobilin qiyməti borcundan qat-qat çoxdur: "Hər şeyimizə həbs qoyublar. Min nəfər işçimiz var, ayda bir milyon manat da vergi veririk. O borcu mən ödəyərəm. Bizim üçün çətin deyil, 1-2 illik pulumuzu yığıb verərik. Amma bunu vermək bizi yandırır, göynədir. Bizə qarşı heç bir sənəd yoxdur. Əgər dediklərimdə bir kəlmə yalan varsa, mənə ən ağır cəza verilsin. Bir daha deyirəm, lazımdırsa, o pulu ödəyərəm. Ancaq xahiş edirəm, bu məsələ araşdırılsın".
 
Qeyd edək ki, məhkəmə "Şərur" MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı ləğv edib. Apellyasiya instansiyası qərarı təsdiq edənə kimi avtomobillərin üzərindəki həbs qüvvədə qalacaq.
 
"Şərur" MTK-ya məxsus sözügedən avtomobillər aşağıdakılardır:
 
- "Lexus LX 600" avtomobili, "AA" dövlət qeydiyyat nişanlı;
 
- "Lamborghini" markalı avtomobil, "YA" dövlət qeydiyyat nişanlı;
 
- "Toyota Hilux" avtomobili, "PZ" dövlət qeydiyyat nişanlı;
 
- 2 ədəd "KIA Rio" avtomobili, "PF" və "PZ" dövlət qeydiyyat nişanlı;
 
- "KIA Carnival" miniveni, "AT" dövlət qeydiyyat nişanlı.
 
Seçilən
19
22
moderator.az

10Mənbələr