Türkiyənin Nevşehir vilayətinin Uçhisar şəhərində türk bayrağı üzərində çılpaq rəqs edən əcnəbi barəsində cinayət işi açılıb.
News24.az Modern.az-a istinadən xəbər verir ki, Nevşehir valiliyi təhlükəsizlik xidmətlərinin mətbuatda və sosial mediada yayılan videoları araşdırdığını bildirib. Faktla bağlı Nevşehir prokurorluğu Türkiyə Cinayət Məcəlləsinin 300 və 301-ci maddələri ilə cinayət işi açıb. Valiliyin bəyanatında deyilir:
“Sevimli xalqımızın milli-mənəvi dəyərlərinə hörmətsizlik məsələsi valiliyin diqqət mərkəzindədir”.
Cinayət Məcəlləsinin 300-cü maddəsinə əsasən, Türkiyə bayrağını açıq şəkildə cırıb yandıran və ya başqa şəkildə təhqir edənlər üçün 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdə tutulur. 301-ci maddədə türk millətini, Türkiyə Respublikasını və dövlət qurumlarını açıq şəkildə təhqir etməyə görə altı aydan iki ilə qədər həbs cəzası nəzərdə tutulur.