AZ

“Mall”un qarşısında özlərini maşınların önünə atan gənc qızlar təhlükə yaratdı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Neftçilər prospektiylə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində (“Crescent Mall”un qarşısında) qaqayda pozan piyadalar anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə avqustun 21-də saat 21:53 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, gənc qızlar hərəkətdə olan maşınlara əhəmiyyət vermədən yolu təyin olunmamış yerdən keçiblər. Nəticədə onlar həm özlərini, həm də sürücüləri təhlükəyə atıblar. Hadisənin günün qaranlıq saatında qeydə alınması sürücülərə xüsusilə çətin anlar yaşadıb. Xoşbəxtlikdən sürücülər ehtiyatlı davranaraq baş verəcək qəzanın qarşısını alıblar.

Qeyd edək ki, sözügedən ərazidə piyadalar mütəmadi olaraq qayda pozaraq sürücülərə təhlükə yaradırlar. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
avtosfer.az

1Mənbələr