HƏMAS İsrailin şərtləri ilə razılaşmasa, Qəzza İsrailin hərbi əməliyyatları nəticəsində dağıdılmış anklavdakı digər şəhərlərin taleyini yaşayacaq.
Yenisabah.az The Times of Israel-ə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Onun sözlərinə görə, HƏMAS müqaviməti dayandırmasa, Qəzza “Rəfah və Beyt Hanun taleyini təkrarlayacaq”. pizza hut
Bu şəhərlər İsrailin zərbələri nəticəsində demək olar ki, tamamilə dağıdılıb.
Avqustun 8-də baş nazir Benyamin Netanyahunun ofisi təsdiq edib ki, təhlükəsizlik kabineti onun Qəzzada İsrail hərbi nəzarəti yaratmaq planını təsdiqləyib. Bu planlar həm İsrail daxilində, həm də xaricdə tənqidlərə səbəb olub. İsrail hərbi rəsmiləri avqustun 20-də bildiriblər ki, artıq Qəzzanın ətrafı işğal edilib.
Telegram kanalımız