AZ

Oyuncaq kolleksiyası olan, sehrbazlıq edən, interneti vaxt itkisi sayan məşhur yazıçı

Tanınmış amerikalı aktyor Nikolas Keyc "Həqiqi detektiv" serialının beşinci sezonunda baş rolu oynaya bilər.

Kulis.az xəbər verir ki, serialın yeni mövsümündə hadisələr Nyu-Yorkun Ceymika körfəzində baş verəcək, baş qəhrəman isə nyu yorklu detektiv Henri Loqan olacaq.

Çəkilişlərin 2026-cı ildə başlaması və "HBO" kanalında 2027-ci ildə yayımlanması planlaşdırılır.

Filmin icraçı prodüser kimi dördüncü mövsümdə çalışmış İssa Lopez fəaliyyət göstərəcək.

Keyc bu serialda ikinci böyük televiziya rolunu oynayacaq, əvvəlki mövsümlərdə isə baş rolları Metyu Makkonahi, Vudi Harrəlson, Mahershala Ali və Codi Foster ifa edib.

Seçilən
11
kulis.az

1Mənbələr