AZ

Rusiya millisinin üzvü "Qalatasaray"a keçmək istəyir

BAKI, 22 avqust. TELEQRAF

Rusiyanın ÇSKA klubunun futbolçusu Matvey Kislyak Türkiyə "Qalatasaray"ına keçməyə razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə "beIN Sports" məlumat yayıb.

Mənbənin məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisinin rəsmi təklifini gözləyir.

Moskva klubu Kislyak üçün 20-25 milyon avro tələb edir. Onunla daha əvvəl "Fənərbağça" da maraqlanırdı.

Qeyd edək ki, Matvey Kislyak ÇSKA-nın yetirməsidir. O, əsas komandanın heyətində ümumilikdə 50 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçu ordu klubu ilə birlikdə bu il Rusiya Kubokunun və Superkubokunun qalibi olub. Kislyak Rusiya millisinin heyətində 4 matçda iştirak edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr