BAKI, 22 avqust. TELEQRAF
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Peter Mixalkoya vida edib.
Aİ Nümayəndəliyindən verilən məlumata görə, səfirin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının möhkəmləndirilməsində göstərdiyi fədakarlıq və verdiyi töhfələr yüksək qiymətləndirilib.
"Cənab səfirə və xanımı Miroslava Mixalkovaya gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Azərbaycanda onlar üçün şübhəsiz darıxacayıq", - məlumatda deyilir.