“Barselona” gələn yay “Atletiko Madrid”in argentinalı hücumçusu Xulian Alvarezi transfer etməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu bu keçid üçün gələn yaya qədər 100 milyon avro toplamağı hədəfləyir.
25 yaşlı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, Xulian Alvarez 2024-cü ilin yayında “Mançester Siti”dən “Atletiko”ya 75 milyon avro qarşılığında transfer olunmuşdu.