AZ

Aİ Azərbaycandakı səfiri Peter Mixalko ilə vidalaşdı - FOTO

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Peter Mixalkoya vida edib.
 
Aİ Nümayəndəliyindən Moderator.az-a verilən məlumata görə, səfirin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının möhkəmləndirilməsində göstərdiyi fədakarlıq və verdiyi töhfələr yüksək qiymətləndirilib.
 
"Cənab səfirə və xanımı Miroslava Mixalkovaya gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Azərbaycanda onlar üçün şübhəsiz darıxacayıq", - məlumatda deyilir.
Seçilən
61
1
moderator.az

2Mənbələr