AZ

“Tarqovı” ilə Qış Parkını birləşdirən bu yol tamamilə piyadalar üçün olacaq


Paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı (“Tarqovı”) və Qış Parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub və layihə hazırlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, yaxın günlərdə İslam Səfərli küçəsi ilə bağlı layihənin icrasına başlanılacaq.
“Xatırladaq ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun mərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur. Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindən bu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə olunur.
Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur”, - məlumatda deyilir.
Qeyd olunub ki, İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq:
Seçilən
4
34
yeniavaz.com

10Mənbələr