BAKI, TurkicWorld , Fərid Mikayılov
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qırğızıstana rəsmi səfəri çərçivəsində bu gün, 22 avqustda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bir sıra mühüm sənədlərə imza atılıb.
TurkicWorld xəbər verir ki, dövlət başçıları “2025–2027-ci illər üçün Qazaxıstan–Qırğızıstan əməkdaşlığının kompleks planı” haqqında Yuxarı Dövlətlərarası Şuranın qərarını təsdiqləyiblər.
İmzalanan əsas sənədləra
- Prezidentlərin birgə bəyanatı;
- Siyasi, ticarət-iqtisadi, investisiya, su-enerji, nəqliyyat-tranzit və humanitar sahələri əhatə edən əməkdaşlıq məsələləri üzrə Yuxarı Dövlətlərarası Şuranın qərarı;
2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsinin artırılması üzrə Yol Xəritəsi;
- Qırğızıstan İqtisadiyyat və Kommersiya Nazirliyi ilə Qazaxıstanın Almatı vilayəti administrasiyası arasında bölgü mərkəzinin tikintisi barədə anlaşma memorandumu;
- Qırğızıstan Dövlət Vergi Xidməti ilə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsi arasında daşınan malların nəzarəti və gömrük sahəsində bir sıra memorandumlardan ibarət paket;
- 2003-cü il tarixli dövlət sərhədindən keçid məntəqələri haqqında sazişə əlavə protokol;
- Qırğızıstan Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin kadr hazırlığı üzrə saziş;
- İki ölkənin səfirlikləri üçün Bişkek və Astanada binaların və torpaq sahələrinin qarşılıqlı istifadəsi haqqında razılaşma;
- Sosial müdafiə, pensiya təminatı və sosial fondlar arasında informasiya mübadiləsi ilə bağlı razılaşmalar;
2025–2027-ci illərdə mədəni əməkdaşlıq üzrə fəaliyyət planı;
- Radio tezliklərinin koordinasiyası, turizm və idman sahələrində əməkdaşlıq barədə sənədlər;
- Qırğızıstan Milli Televiziya və Radio Korporasiyası ilə Qazaxıstan Prezident Administrasiyasının media strukturu arasında qarşılıqlı əməkdaşlıq memorandumu.
Hər iki ölkənin liderləri sənədlərin imzalanmasının Qırğızıstan–Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda daha da gücləndirəcəyini vurğulayıblar.