AZ

Şri-Lankanın keçmiş prezidenti həbs edildi

Şri-Lankanın keçmiş prezidenti Ranil Vikremesinqhe avqustun 22-də dövlət vəsaitlərindən səmərəsiz istifadə ittihamı ilə həbs edilib.
 
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
 
Polis zabitlərindən biri bildirib ki, keçmiş prezidentə dövlət resurslarından şəxsi məqsədlər üçün istifadə etmək ilə bağlı ittiham irəli sürülüb.
 
Polis Cinayət Araşdırmaları Departamenti bildirib ki, R.Vikremesinqhe şəxsi səfəri üçün dövlətə məxsus vəsaitdən istifadə edib.
 
Qeyd edək ki, Ranil Vikremesinqhe 20 iyul 2022-ci ildən 23 sentyabr 2024-cü ilədək Şri-Lankanın prezidenti vəzifəsində çalışıb. Onu 2024-cü ilin sentyabrında keçirilən seçkilərdən sonra bu vəzifədə Anure Kumare Dissanayake əvəz edib.
 
Seçilən
10
6
moderator.az

7Mənbələr