AZ

bp Azərbaycanda sosial sərmayə layihəsinin 150 min manatlıq növbəti mərhələsini tamamlayıb

Bakı. Trend:

Bu gün bp Azərbaycanda yüksək ixtisaslı yerli kadrlarınyetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin üçüncümərhələsinin uğurla başa çatdığını elan edib.

Trend xəbər verir ki, butəhsil layihəsi bp-nin dünya səviyyəli yerli mütəxəssisləryetişdirməklə ölkənin dayanıqlı gələcəyinə töhfə vermək öhdəliyininbir hissəsidir.

Əvvəlki mərhələlərin uğuruna əsaslanaraq, layihənin üçüncümərhələsində 30 istedadlı azərbaycanlı gəncə dəstək verilib vəonların hamısı Avropanın, Asiyanın və ABŞ-nin nüfuzlu beynəlxalquniversitetlərinə qəbul olublar. İştirakçılardan 10-u bakalavrproqramlarına, 20-si isə magistr pilləsi üzrə müraciət edib.

Layihə iştirakçıları Bilkent Universiteti, London İmperialKolleci, Kembric Universiteti, London Universitet Kolleci (UCL),Sinqapur Milli Universiteti, Kolumbiya Universiteti, KaliforniyaUniversiteti, Berkli (UCB), Cons Hopkins Universiteti, MançesterUniversiteti, Bolonya Universiteti, Honq Konq Universiteti vəKoreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) kimi dünyanınən yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsilmüəssisələrinə qəbul olublar. Bu nəticələr iştirakçıların yüksəkakademik potensialını və layihə çərçivəsində göstərilən dəstəyineffektivliyini əks etdirir.

Layihə iştirakçıları aztəminatlı ailələrdən seçiliblər. Layihəçərçivəsində onlara SAT və IELTS testlərinə və qəbul imtahanlarınahazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüdtəklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırmadaxil olmaqla hərtərəfli dəstək göstərilib. Nəticədə, 30 tələbədən24-ü artıq müxtəlif mənbələrdən təqaüd qazanıb, qalan 6 nəfərintəqaüd müraciətləri isə hazırda nəzərdən keçirilir.

Gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə bu günkeçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilmiş vəonlar öz gələcək planları ilə bağlı fikirlərini bölüşmüşlər.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:“Bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnunuq. LayihəAzərbaycanın istedadlı gənclərinə dəstək olmaqla ölkənin parlaqgələcəyinin formalaşmasına töhfə verir. Dünyanın ən nüfuzluuniversitetlərinə qəbul olan tələbələrin sayının artması onlarınistedadını və əzmkarlığını, eləcə də təhsilə sərmayə qoymağınvacibliyini bir daha təsdiqləyir. Biz milli kadrların inkişafınıdəstəkləmək və Azərbaycanın dayanıqlı, firavan gələcəyinə töhfəvermək öhdəliyimizə sadiqik.”

Ümumi dəyəri 150 000 AZN (88235 ABŞ dolları) olan üçüncümərhələnin müddəti 11 ay (2024-cü ilin avqustundan 2025-ci iliniyuluna qədər) idi.

Layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindənhəyata keçirilib.

Məqalədə:
Seçilən
68
6
az.trend.az

10Mənbələr