Bakı. Trend:
Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onunəməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adındanölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞdollarından çox vəsait xərcləyib.
Trend xəbərverir ki, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti BəxtiyarAslanbəyli təmsil etdiyi şirkətin Azərbaycanda sosial sərmayəlayihəsinin üçüncü mərhələsinin yekununa həsr olunmuş tədbirdədeyib.
O bildirib ki, bp şirkəti Azərbaycanda 33 ildir ki, neft vəqazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrinəməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli vəetibarlı şəkildə həyata keçirir: "Bu vaxtadək bp öz tərəfdaşlarıilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardançox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizəinandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinədəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətlərivə bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləriinsanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatınıyaxşılaşdırıb və dəyişdirib".
"Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil,icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idmanpotensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinintədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığıvaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgəlayihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayəlayihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsaitxərcləmişdir", - deyə B. Aslanbəyli qeyd edib.