AZ

Abşeronda boya istehsalı zavodundakı yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğın tam söndürülüb.
 
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib.
 
Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kv.m. olan 2 ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3500 kv.m. olan digər 9 ədəd obyekt yanğından mühafizə olunub.
 
13.58
 
Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
 
Bu barədə TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
 
13:48
 
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
 
12.56
 
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir:
 
"Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir".
 
12:12
 
Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğının yayılmasının qarşısı alınıb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
 
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 
11:06
 
Abşeron rayonunun Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Hazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
 
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
 
Yanğınla bağlı DİN də məlumat yayıb. Bildirilib ki, Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən boya istehsalı müəssisəsində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.
 
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.
Seçilən
36
9
moderator.az

9Mənbələr