ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
İlon Mask bu il “OpenAI”ı almaq üçün maliyyələşdirmə planının bir hissəsi kimi “Meta” şirkətinin rəhbəri Mark Zukerberqi prosesə cəlb etməyə çalışıb.
Yeniavaz.com xəbər verir ki, belə bir iddianı “Bloomberg” əldə etdiyi məhkəmə sənədlərinə istinadən yayıb.
Nəşr yazır ki, məhkəmə sənədində “OpenAI” hakimdən “Meta”nın Mask ilə əlaqələrinə dair sənədləri təqdim etməsini xahiş edib. “Meta” isə bu tələbi rədd etməyə çağıraraq, şirkətin sənədlərində “OpenAI”ı almaq üçün hər hansı koordinasiya və ya müvafiq məlumatların olmadığını bildirib.
Qeyd olunub ki, nə “Meta”, nə də Zukerberq hər hansı niyyət məktubu imzalayıb və 97,4 milyard dollarlıq təklifdə iştirak etməyib. “OpenAI” isə fevral ayında Maskın təklifini rədd edib.
Mask və nümayəndələri “Bloomberg”in şərh sorğularına cavab verməyib. “Meta” və “OpenAI” da məhkəmədən kənar açıqlama verməkdən imtina ediblər.
Xatırladaq ki, Mask bir vaxtlar “OpenAI”ın həmtəsisçilərindən olub. O, startapın restrukturizasiya planlarına mane olmaq üçün dəfələrlə cəhd göstərib və şirkəti təsis prinsiplərindən uzaqlaşmaqda ittiham edərək məhkəməyə müraciət edib. Fevralda isə milyarderin rəhbərlik etdiyi investorlar qrupu “OpenAI”a nəzarət edən qeyri-kommersiya qurumunu almaq üçün 97,4 milyard dollarlıq təklif irəli sürmüşdü.Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.