AZ

Bank kartlarından oğurluqlar edən 4 nəfər saxlanılıb

Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank kartlarından ümumilikdə 3502 manat pul oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

FED.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə saxlanılıblar.

Bu şəxslərin analoji hadisələrdə iştirakının olub-olmaması ilə bağlı araşdırmalar davam etdirilir.

Seçilən
7
16
fed.az

10Mənbələr