AZ

Qusarda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Qusar rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar-Ləzə yolunun rayonun Çiləgir kəndindən keçən hissəsində "Nissan" markalı avtomobillə yük maşını toqquşub.
 

Nəticədə minik avtomobilində olan Bakı sakini, 39 yaşlı Məcid Qalib oğlu İbrahimov və Zərdab rayonunun Təzəkənd kənd sakini, 35 yaşlı Dilqəm Hüseyn oğlu Vəliyev ağır xəsarətlərlə Qusar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.


Dilqəm Vəliyevin vəziyyətinin daha kritik olduğu bildirilir. 

Qusar rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya verilən məlumata görə, hazırda yaralılara tibbi yardım göstərilməsi davam etdirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
152
2
bizim.media

10Mənbələr