AZ

“Qarabağ”ı Bakıdakı vacib matçda favorit gördülər 

UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Qarabağ” – “Ferensvaroş” oynuyun favoriti açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi ilk turdakı matçla müqayisədə rəqibindən üstün görülüb. Belə ki, təmsilçimizin qələbəsinə 2,31, “Ferensvaroş”un qalibiyyətinə isə 3,04 əmsal təyin edilib.

Oyunun heç-heçə bitmə ehtimalı isə 3,58 olaraq qiymətləndirilib.

Xatırladaq ki, “Qarabağ” – “Ferensvaroş” görüşü ayın 27-də, saat 20:45-də start götürəcək.

Seçilən
21
idmanxeber.az

1Mənbələr