"Marsel"in futbolçuları Conatan Rou və Adrien Rabyo ötən həftə baş tutan "Renn"lə matçdan sonra soyunub-geyinmə otağında mübahisə ediblər.
Offsideplus.az xəbər verir ki, Fransa klubu bu hadisədən sonra hər iki futbolçunu satmağa qərar verib. Rou artıq "Bolonya"ya transfer olmaq üzrədir.
Rabyonun anası və eyni zamanda agenti olan Veronika isə oğlunun ikinci şansa layiq olduğunu düşünür:
"Meyson Qrinvud sevgilisini vurduqdan sonra "Marsel"ə transfer olanda De Zerbi (baş məşqçi) ona ikinci şans verilə biləcəyini söylədi. İnsanlara ikinci şans verməklə razıyam, amma oğlumun ikinci şansa layiq olmayan yeganə insandırmı"?