AZ

Polis əməliyyat keçirdi, saxlanılanlar var

Paytaxtın Səbail və Sabunçu rayonlarında 6 nəfərə məxsus bank kartlarından ümumilikdə 3502 manat pul oğurlanıb.

XəzərNews.azDİN-ə istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə saxlanılıblar.

Bu şəxslərin analoji hadisələrdə iştirakının olub-olmaması ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər 10 dəfə oxunub.
Seçilən
23
5
xezernews.az

10Mənbələr