"Fənərbaxça" 27 yaşlı meksikalı futbolçu Edson Alvaresi icarə əsasında heyətinə cəlb edib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Edson Alvares 2023-cü ilin yayında “Ayaks”dan 38 milyon avroya “Vest Hem Yunayted”ə transfer olunub.
London klubunda keçirdiyi 73 oyunda 2 qol, 3 assistlə yadda qalıb. Meksikalı yarımmüdafiəçi peşəkar karyerasına isə vətənində “Amerika”da başlayıb.