AZ

"Real"ın ulduzu xanımı ilə xüsusi günlərini unutmadı: Görün nə hədiyyə etdi

"Real"ın və Ukrayna millisinin qapıçısı Andrey Luninin xanımı Anastasiya sosial şəbəkədə paylaşımı ilə izləyicilərini sevindirib.

Publika.az xəbər verir ki, o, "İnstagram"da yaşıl rəngli, bayram lentləri və şarlarla bəzədilmiş "BMW M2" avtomobilinin yanında ağ donla çəkilmiş fotolarını yayımlayıb.

Anastasiya bildirib ki, maşın Andreyin xüsusi gün - onların münasibətlərinin ildönümü üçün hədiyyəsidir: "Sevgilimin münasibətlərimizin ildönümündəki hədiyyəsi. Məni xoşbəxt etdiyin üçün təşəkkür edirəm!" – deyə ukraynalı xanım yazıb.

Qeyd edək ki, 2025-ci il istehsalı yeni "BMW M2" modelinin ABŞ-da baza komplektasiyasında qiyməti 65 min dollardan başlayır, əlavə opsiyalarla isə daha yüksək məbləğə çata bilir.

Seçilən
60
publika.az

1Mənbələr