"Merano-Baku" ASC-nin 2025-ci ilin ilk yarısı üzrə maliyyə vəziyyəti açıqlanıb
FED.az xəbər verir ki, ASC-nin Əsas əməliyyat gəlirləri 13 milyon 90 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 888,2 min manat (6,4%) azalma deməkdir.
Lakin bu gəlir azalması fonunda, şirkət satışın maya dəyərini 9 milyon 399 min manata endirərək 968,2 min manat (9,3%) azaltmağa nail olub.
Maya dəyərindəki qənaət gəlirlərdəki azalmanı üstələdiyi üçün, şirkətin ümumi mənfəəti 80 min manat (2,2%) artımla 3 milyon 692 min manata yüksəlib.
Bundan başqa kommersiya xərcləri 176,0 min manata endirib. İl ərzində 295,3 min manat və ya 62,7% azalma qeydə alınıb.
Bunun tam əksinə olaraq, inzibati xərclər 351,2 min manat (59%) artaraq 946,3 min manata yüksəlib.Sair əməliyyat xərcləri isə 30,5 min manata enərək cüzi (6,8 min manat) azalıb.
Nəticədə şirkətin əməliyyat mənfəəti 2 milyon 539 min manat təşkil edib və illik 30,9 min manat (1,2%) artıb.
Şirkət maliyyə xərclərini də 684,5 min manata endirərək 33,2 min manat (4,6%) azaltmağa nail olub.
Bütün bu amillərin yekununda, şirkətin vergitutmadan əvvəlki mənfəəti 1 milyon 854 min manata bərabər olub ki, bu da illik 64,1 min manat (3,6%) artımdır.
Mənfəətin artması ilə əlaqədar olaraq, ödənilən mənfəət vergisi 370,9 min manat təşkil edib.
Nəticədə, “Merano-Baku” ASC 2025-ci ilin ilk yarısını 1 milyon 483 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 51,2 min manat və ya 3,6% daha çoxdur.
MƏLUMAT YENİLƏNİR...