AZ

Yanğınlar Avropanı külə çevirir | VİDEO

AzVision.az xəbər verir ki, bu barədə Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumatlarına istinad edən “Politico” nəşri məlumat yayıb.

“Bu ilin yanvar ayından bəri 1,016 milyon hektar - Kiprdən daha böyük və Belçikanın təxminən üçdə biri qədər - ərazi yanğın nəticəsində məhv edilib. 2006-cı ildən bəri ilk dəfədir ki, Aİ-də meşə yanğınları milyon hektar həddini keçib. Əvvəlki rekord 2017-ci ildə, 988 min hektardan bir qədər az ərazinin yandığı vaxt qeydə alınıb. İtkilərin, demək olar ki, üçdə ikisi 380 min hektar ərazinin yandığı avqustun 5-dən bəri yaşanıb”,- EFFIS bildirib.

Təbii fəlakətin əsas zərbəsi Pireney yarımadasına dəyib. İspaniyada 400 min hektardan çox, daha kiçik Portuqaliyada isə 270 min hektardan artıq ərazi yanıb ki, bu da ölkə ərazisinin təxminən 3%-ni təşkil edir. Hökumət bildirib ki, yanğınların sayına görə, bu il İspaniyada 1994-cü ildən bəri ən dağıdıcı olub - müşahidələr 1960-cı illərdən aparılır.
Hər iki ölkə son həftələrdə həddindən artıq istilərdən əziyyət çəkir, onların meşələri quruyur və yarımada külə çevrilir.

İqlim dəyişikliyi meşə yanğınları riskini artırır, daha tez-tez və intensiv istilik dalğalarına və quraqlığa səbəb olur. Bununla belə, alimlər İspaniya və Portuqaliyada baş verən irimiqyaslı yanğınların əsas amilinin tərk edilmiş torpaqlarda quru bitki örtüyünün çoxluğu, habelə hakimiyyətin vaxtında qabaqlayıcı tədbirlər görməməsi olduğunu deyirlər.

- Meşə yanğınları həmçinin böyük miqdarda karbon qazı buraxaraq qlobal istiləşmənin daha da artmasına səbəb olur. Aİ-nin yanğınla əlaqədar emissiyalara görə yeni rekord vura biləcəyi proqnozlaşdırılır”,- EFFIS-in hesabatında vurğulanır.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
38
1
azvision.az

2Mənbələr