AZ

“Qarabağ”dan ayrılan futbolçu Xorvatiya klubuna keçib

Bakı, 22 avqust, AZƏRTAC

Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Marko Veşoviçin yeni komandası bəlli olub.

AZƏRTAC xəbər verir ki, Monteneqro millisinin üzvü Xorvatiyanın “Lokomotiva” klubuna keçib. Bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı oyunçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən “Qarabağ”da çıxış edirdi.

 

Seçilən
37
azertag.az

1Mənbələr