AZ

Mirziyoyev Azərbaycan Prezidentini Ermənistanla sülh sazişinin paraflanması münasibətilə təbrik edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi avqustun 8-də Vaşinqtonda Ermənistanla "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in paraflanması münasibətilə səmimi təbrik edib. "Report"un Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib. "Görüş zamanı tərəflər ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, enerji və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.
Seçilən
20
8
7news.az

9Mənbələr