AZ

Veşoviçin yeni komandası bəlli olub

Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Marko Veşoviçin yeni komandası bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Monteneqro millisinin üzvü Xorvatiyanın “Lokomotiva” klubuna keçib. Bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı oyunçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən “Qarabağ”da çıxış edirdi.

Seçilən
42
operativmm.az

1Mənbələr