ain.az bildirir, Modern.az portalına istinadən.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Moskvanın Ukrayna əraziləri ilə bağlı tələblərini şərh edib.
Modern.az-ın məlumatına görə, Kallas BBC-yə müsahibəsində deyib: “Bu, Rusiyanın bizim üçün qurduğu tələdir”.
"Bütün danışıqlar Ukraynanın nə verməli olması, Ukraynanın hansı güzəştlərə getməyə hazır olması barədədir. Bu arada biz Rusiyanın bir dənə də olsun güzəştə getmədiyini unuduruq", - o əlavə edib.
“Əgər biz bu tələyə düşsək və güzəştlər baxımından Ukraynaya təzyiq etsək, o zaman bu vəziyyət təkrarlanacaq, çünki təcavüz mükafatlandırılacaq”, - deyə Kallas vurğulayıb.
Kallasın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Alyaskadakı sammitdən “istədiyi hər şeyi əldə edib”. Onu hörmətlə qarşıladılar və Ağ Ev yeni sanksiyalar tətbiq etmədi.
Kallas Ukrayna üçün təhlükəsizlik təminatları üzrə danışıqları şərh edib. Onun sözlərinə görə, indiki mərhələdə bir neçə addım var.
“Etibarlı təhlükəsizlik zəmanəti, güclü Ukrayna ordusudur”.Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən danışıqlardan sonra bir neçə ölkə Kiyev üçün təhlükəsizlik təminatlarının necə olacağına dair təklif hazırlayır.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov artıq Qərbin hərbi qüvvələrinin Ukraynaya yerləşdirilməsinin Rusiya üçün qəbuledilməz olduğunu bəyan edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.