AZ

Gips məmulatlarının istehsalı artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 83,5 min ton gips məmulatları istehsal olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən  məlumata görə, tikinti gipsinin istehsalı 61,4 faiz artaraq 80,7 min tona çatıb.

Dövr ərzində ölkədə 328,5 min ton gips və anhidrit hasil olunub. Bu göstərici 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 5,9 faiz çoxdur.

Seçilən
30
operativmedia.az

1Mənbələr