ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ"la yollarını ayıran monteneqrolu futbolçu Marko Veşoviçin yeni ünvanı müəyyənləşib.
BAKU.WS xəbər verir ki, Xorvatiyanın "Lokomotiva" klubu 34 yaşlı müdafiəçi ilə anlaşmaya nail olub.
Veşoviç artıq Zaqreb təmsilçisinə qoşulub. Müqavilənin müddəti və şərtləri açıqlanmayıb.
Xatırladaq ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"ın heyətində çıxış edirdi və bu müddət ərzində komandanın əsas oyunçularından biri olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.