AZ

Veşoviç karyerasını Xorvatiyada davam etdirəcək

34 yaşlı monteneqrolu müdafiəçi Marko Veşoviç karyerasını Xorvatiyada davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, o, “Lokomotiva” (Zaqreb) ilə anlaşmaya varıb. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Veşoviç 2021–2024-cü illərdə “Qarabağ”da oynayıb, 134 oyunda 5 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun adı əvvəllər “Turan Tovuz”la da hallanırdı.

Seçilən
43
idmanxeber.az

1Mənbələr