Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
ABŞ Federal Təhqiqat Bürosunun agentləri ölkə Prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Boltonun evində axtarış aparır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ağ Evdəki mənbəyə istinadən “New York Post” qəzeti yayıb.
Bildirilib ki, axtarış Boltonun Merilend ştatının Bethesda şəhərində yerləşən evində aparılır.
Mənbənin sözlərinə görə, araşdırma məxfi sənədlərə aiddir və bir neçə il əvvəl başladılıb. Bununla belə, qeyd olunub ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin administrasiyası “siyasi motivlər”ə görə araşdırmanı dayandırıb.
Qeyd edək ki, C.Bolton 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrına qədər sözügedən vəzifəni icra edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.