Ermənistan–Azərbaycan sərhədində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Yeraltı təkanlar saat 15:03-də, Barana rayonundan (Noyemberyan) 19 km cənubda müşahidə olunub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib, episentrdə isə təkanların gücü 4 bala çatıb.
Təkanlar Tavuş vilayətində 3 bal gücündə, Lori vilayətində isə 2–3 bal gücündə hiss olunub.