Yunan-Roma güləş üzrə U-20 dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, Bolqarıstanın Samokov şəhərində keçirilən turnirdə bu gün 6 güləşçimiz tatamiyə çıxıb.
Turan Daşdəmirov (55 kq) hindistanlı Anil Mora xalların keyfiyyətinə görə (9:9), ukraynalı Nazariy Babinskiyə isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Turan yarımfinalda yaponiyalı Daisuke Morişita ilə güləşəcək.
Fəraim Mustafayev (67 kq) ermənistanlı Narek Qriqoryana 3:1, ukraynalı Vladislav Pokotiloya 4:3 və türkiyəli Abdullah Keskinə 7:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Fəraim finala çıxmaq üçün rusiyalı Erzu Zakriyevlə (UWW) üz-üzə gələcək..
Seymur Qasımov (72 kq) təsnifat mərhələsində ermənistanlı Gaspar Terteryana 2:6 hesabı ilə məğlub olub.
Elmin Əliyev (82 kq) təsəlliverici görüşdə özbəkistanlı Azimcan Soatullayevə ???????? 0:8 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
İsmayıl Rzayev (97 kq) koreyalı Jaeno Çoiyə tam üstünlüklə (10:0) və ermənistanlı Qrişa Voskanyana ilk xal prinsipinə əsasən (1:1) qalib gəlib. Güləşçimiz 1/4 finalda rusiyalı İlya Komarova (UWW) 3:5 hesabı ilə uduzub.
Qadın güləşçimiz (72 kq) Zəhra Kərimzadə təsəlliverici görüşdə rusiyalı U23 Avropa çempionu Kristina Bratçikovaya (UWW) "tuş"la məğlub olub.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:00-da, medallar uğrunda qarşılaşmalar isə 19:00-da başlayacaq.