George Hacinin oğlu Yanis Haci karyerasını Türkiyədə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "Karagümrük" klubu onu transfer etməyə yaxındır. Tərəflər keçid barədə razılığa gəlib.

Bu barədə rumıniyalı jurnalist Emanuel Roşu məlumat yayıb.

"Reyncers"lə müqaviləsi başa çatan 26 yaşlı futbolçu azad agent kimi Türkiyə klubuna qoşulacaq.

Qeyd edək ki, Yanis Türkiyədə atası - G. Haci "Qalatasaray"da çıxış edərkən doğulub.