AZ

Son bir ildə ən çox qazanan tennisçilər müəyyənləşdi

BAKI, 22 avqust. TELEQRAF

"Forbes" jurnalı son bir ildə ən çox qazanan tennisçilərin siyahısını tərtib edib.

Teleqraf xəbər verir ki, siyahıya “Böyük Dəbilqə”nin beşqat qalibi, dünyanın iki nömrəli tennisçisi Karlos Alkaras başçılıq edir.

Nəşrin məlumatına görə, ispaniyalı tennisçi 48,3 milyon dollar (35 milyon dollar kortdan kənar) qazanc əldə edib.

İtaliyalı Yannik Sinner 47,3 milyon dollarla ikincidir.

"Forbes" jurnalına görə son bir ildə ən çox gəlir əldə edən 10 tennisçi:

1. Karlos Alkaras (İspaniya) - 48,3 milyon dollar (kortdan kənar 35 milyon dollar).
2. Yannik Sinner (İtaliya) - 47,3 milyon dollar (27).
3. Kori Qauff (ABŞ) - 37,2 milyon dollar (25).
4. Novak Cokoviç (Serbiya) - 29,6 milyon dollar (25).
5. Arina Sabalenka (Belarus) - 27,4 milyon dollar (15).
6. Çjen Sinven (Çin) - 26,1 milyon dollar (21).
7. İqa Svöntek (Polşa) - 24 milyon dollar (15).
8. Taylor Frits (ABŞ) - 15,6 milyon dollar (7).
9. Frensis Tiafo (ABŞ) - 15,2 milyon dollar (12).
10. Daniil Medvedev (Rusiya) - 14,3 milyon dollar (10).

Seçilən
15
10
teleqraf.com

10Mənbələr